Güləşçimiz Fransada erməniyə qalib gələrək komandasını çempion etdi- VİDEO
21.12.2021 113 0.0 0

Yunan-Roma güləşi üzrə Fransa klub çempionatına yekun vurulub.

Qazeta.info Güləş Federasiyasının məlumatına əsasən bildirir ki, İslam Abbasovun heyətində yer aldığı "Şiltgem" həlledici görüşdə "Sarregimenes"lə qarşılaşıb. Millimizin üzvü 2 çəkidə çıxış edib. Həmyerlimiz əvvəlcə 86 kq-da erməni Zaven Mikaelyana tam üstünlüklə qalib gəlib - 8:0.

Yarışın sonuncu görüşü İslam Abbasovla fransız Marius Mişon arasında keçirilib. Bu qarşılaşma ərəfəsində İslamın komandası 5:6 hesabıyla geridə olub. Məhz Abbasovun 94 kq-da Mişonu 9:0 hesabıyla məğlub etməsi sayəsində ümumi hesab bərabərləşib və əlavə göstəricilərə görə "Şiltgem" Fransa çempionu olub. Beləliklə, güləşçimiz Fransada komandasının kubok qazanmasında əsas pay sahibi olub.
 

 


Loading...
Digər xəbərlər:
Şərhlər
avatar