Güclü zəlzələ Albaniyanı dağıtdı - Ölənlər və yaralananlar var- VİDEO
26.11.2019 704 0.0 0

Albaniyanın paytaxtı Tirana ətrafında baş verən zəlzələ nəticəsində azı 5 nəfər ölüb, 150 nəfər yaralanıb.

“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, məlumatı Albaniyanın Müdafiə Nazirliyi yayıb.

Bu, son 30 ildə ölkədə qeydə alınan ən güclü zəlzələdir. 

Məlumata görə, ölən və yaralananların sayının artacağı ehtimal edilir. Zəlzələ baş verən ərazidə bir neçə ev də uçub. Dağıntılar altında qalanlar var. 

Xilasetmə əməliyyatı davam edir.

 


*****

Albaniyanın paytaxtı Tirana ətrafında 6,4 bal gücündə zəlzələ olub.

“Report” xəbər verir ki, məlumatı ABŞ-ın Geoloji Xidməti yayıb.

Yeraltı təkanlar Şicak şəhərindən 10 km şimal-qərbdə qeydə alınıb.

Zəlzələnin ocağı 10 km dərinlikdə olub. 

Təbiət hadisəsi nəticəsində ölən, xəsarət alan və dağıntıların olub-olmaması barədə məlumat yayılmayıb. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar