Güclü külək şimal bölgəsində məktəb binasının və evlərin damını uçurub
24.04.2017 770 0.0 0

Bu gün səhər saatlarında güclü gülək şimal bölgəsində bir sıra fəsadlar törədib.

 

Məlumata görə, Quba rayonunun Qonaqkənd kəndində 2, Rustov kəndində 2, Nügədi Qazmalar kəndində 1, Cimi kəndində 1 yaşayış evinin və məktəb binasının damı uçub. 

 

Güclü külək Şabran və Siyəzən rayonlarında bir yaşayış evinin damını aşırıb.

 

Siyəzəndə yerləşən kondensator zavodunun da damı uçub. 


Qusar rayonunda külək yardımçı tikililərə və elektrik təsərrüfatına ziyan vurub. Elektrik dirəkləri aşıb, elektrik enerjisinin verilişində fasilələr yaranıb. 


Xaçmazda isə külək bəzi ərazilərdə ağacları aşırıb, elektrik xətlərinə ziyan vurub. 
 

Dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar