Güclü külək məktəbin damını uçurtdu
04.04.2022 279 0.0 0

Təhlükəsizlik tədbirdləri ilə əlaqədar olaraq dam örtüyü uçan Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə tədris dayandırılıb.

Qeyd edək ki, bu gün əsən güclü külək nəticəsində Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub. Abşeron Rayon Təhsil Şöbəsindən bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Vəziyyətlə bağlı məktəbdə dərhal ilkin təhlükəsizlik tədbirləri həyata keçirilib, aidiyyəti qurumlara məlumat təqdim olunub. Ən qısa zamanda dam örtüyünün bərpa işlərinə başlanacaq.

İdarədən daha sonra bildirilib ki, Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə tədris dayandırılıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyinə əsasən dərslərin başlama tarixi barədə qərar veriləcək. Buraxılmış proqram materiallarının tədrisi isə əlavə dərs saatları və onlayn dərslər hesabına təmin ediləcək./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar