Güclü külək Leriki işıqsız qoydu
02.12.2016 683 0.0 0

Güclü külək Lerik rayonunun kəndlərini işıqsız qoyub.

Qazeta.info "Report"-a istinadla verdiyi xəbərə görə, günorta saatlarından başlayan, yağış və sulu qarla müşayiət olunan güclü külək axşama doğru daha da şiddətlənib və hazırda davam edir. 

Nəticədə rayonun Dırığ ərazisi sayılan Şinqədulan xəttində 4 dayaq aşdığından bu istiqamətdə olan 40-dan çox kənd günorta saatlarından işıqsız qalıb. Gün ərzində ərazidə təmir-bərpa işləri aparılsa da, hələlik problem həllini tapmayıb. 

Lerik Rayon İcra Hakimiyyəti Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov "Report"a bildirib ki, hazırda rayon mərkəzinə də elektrik enerjisinin verilişi dayandırılıb: "Bundan başqa, rayonun Zuvand ərazisindəki kəndlərdə də elektrik enerjisi kəsilib. İlkin məlumata görə, hazırda 50-dən çox kənddə işıq yoxdur. Digər fəsadlar barədə hələlik məlumat daxil olmayıb".

"Lerik Elektrik Şəbəkəsi"ndən isə təhlükəsizlik tədbirləri səbəbindən rayon ərazisində elektrik enerjisinin verilişinin dayandırıldığı vurğulanıb.  


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar