Gözəl qocalmağın 9 yolu
08.06.2015 780 0.0 0

Çoxları gözəl qocalmağı mif hesab edir. Amma bu gün yaşı 60, hətta 70-i keçən elə insanlar var ki, özlərindən yaşça daha kiçiklərdən cazibədar görünürlər. Bəs bunu onlar nəyə borcludurlar? 

1. İdman 
30 yaşdan sonra əzələ kütləsi azalmağa başlayır. Buna görə də gözəl qocalmaq üçün müntəzəm olaraq idman və iradə lazımdır. 

2. Stress 
Çox saylı araşdırmalar göstərir ki, stress qocalma prosesini sürətləndirir. Hüceyrələri məhv edir. Siz hətta yaşınızdan 10-15 yaş qoca görünə bilərsiniz. 

3.Təəssüf 
Əgər siz daima keçmişlə yaşayırsınızsa gələcəyə hərəkət etmək çox çətin olacaq. Öz səhvləriniz üzərində öyrənin, keçmiş səhvlərə görə təəssüflənməyin. Bu işdə sizə yoqa da kömək edə bilər. 

4. Maraq 
Hər gün nə isə yeni bir şey öyrənməyə çalışanların həyata sevgisi də çox olur. Bu vərdiş insanı gəncləşdirir və gözlərindəki gənclik parıltısını qoruyur. 

5. Makiyaj 
Çoxları düşünür ki, yaş artdıqca makiyaj da artmalıdır. Lakin ehtiyatlı olun, artıq krem ənik sizi olduğunuzdan da yaşlı göstərə bilər. 

6. Pozitiv 
Xəstəlik, yaşla bağlı uzun uzadı şikayətlər etmək olar. Amma bu sizə lazımdır? Bu şikayətlər sizə yenidən gəncləşməyə kömək etməyəcək. Daha yaxşı olar ki, immun sistemini möhkəmləndirin və pozitiv olun. 

7. Sağlam yuxu 
Yaş keçdikcə sağlam yuxunu qoruyub saxlamaq çətinləşir. Alimlər də keyfiyyətli yuxunu gəncliyin əsas səbəblərindən biri hesab edirlər. Gün ərzində ən azı 7 saat yatmaq məsləhətdir. 

8. Düzgün qida
Qidalanma dərinin görünüşünə ən çx təsir edən amillərdən biridir. Əgər sağlam qidalarla qidalansaq onda təsirini görmək üçün uzun müddət gözləməli olmayacağıq. Daha çox meyvə tərəvəz, tərkibində süni rəngləndirici olmayan məhsullar almağa çalışın. Onların tərkibi A, C, E, D və K vitaminləri ilə boldur. 

9. Obraz 
İllər keçdikcə xarici görünüşümüz dəyişir. Bəziləri bunun qarşısını almaq üçün əlindən gələni edir, bəziləri isə hər yaşın öz gözəlliyi var deyərək təbiiliyi qoruyur. Məsələn, Corc Kluni heç vaxt saçını rəngləməyib. Onun fikrincə, bu onu daha da yaşlı və eybəcər göstərə bilər. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar