Görükdə vətəndaşın bağırsaqında narkotik maddələr aşkarlandı
04.08.2015 910 0.0 0

Qazeta.info Dövlət Gömrük Komitəsinin məlumatına əsasən bildirir ki, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində Azərbaycan vətəndaşları - Samit Baxşiyev və Fizuli Əmənov birlikdə piyada yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən onların üzərində şəxsi yoxlama aparılıb. 

 Şəxsi yoxlama zamanı F.Əmənovun daxili orqanından (düz bağırsağından) 2 ədəd bağlamada ümumi xalis çəkisi 56,396 qram olan narkotik vasitə - heroin, 1 ədəd bağlamada xalis çəkisi 2,47 qram olan narkotik vasitə - həşiş və ümumi sayı 29 ədəd həb şəklində olan narkotik vasitə - metadon aşkar olunub. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar