Gömrükçülər Zəfər turnirinin qalibi oldu
25.12.2021 429 0.0 0

Ölkəmizin Vətən müharibəsində qazandığı parlaq Zəfərin birinci ildönümünə həsr olunmuş "Zəfər turniri-2021" mini-futbol turnirinə yekun vurulub.

Qazeta.info DGK-nın məlumatına istinadla bildirir ki, 16 dövlət qurumunun əməkdaşları və könüllülərindən ibarət komandaların iştirakı ilə keçirilən turnir noyabrın 1-də start götürüb, final oyunu isə böyük Zəfərin memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günündə - dekabrın 24-də baş tutub.

Turnirin finalında Dövlət Gömrük Komitəsi ilə Kənd Təsərrüfatı Nazirliyinin komandaları üz-üzə gəliblər. Final oyunu Dövlət Gömrük Komitəsinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, DOST Agentliyinin komandası 3-cü, Gənclər və İdman Nazirliyinin komandası isə 4-cü yeri tutub.

Final oyununu izləyənlər arasında Kənd Təsərrüfatı naziri İnam Kərimov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da olub. Qaliblərə mükafatları da nazir və komitə sədrləri təqdim edib.

Qeyd edək ki, layihə Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, "Karabakh is Azerbaijan!" Milli Platformasının Türkiyə Koordinatorluğu nəzdində fəaliyyət göstərən "Karabağ Azerbaycandır Koordine Etme Derneği"nin və "QOLAT Sport Service"in təşkilatçılığı ilə həyata keçirilib.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası turnirin əsas tərəfdaşı olub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar