Gömrükçülər 2 mln. rus rublunun Azərbaycandan çıxarılmasının qarşısını alıb
06.10.2016 596 0.0 0

Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük postunun piyada keçid xəttindən istifadə etməklə Rusiyaya gedən Azərbaycan vətəndaşının  əl yükünə rentgen cihazı vasitəsilə baxış keçirilib.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, yoxlama zamanı 2 ədəd polietilen bağlamadan əvvəlcədən gömrük orqanına bəyan olunmayan 225 ədəd 5000-lik, 615 ədəd 1000-lik və 520 ədəd 500-lük əsginaslar olmaqla ümumilikdə 2 milyon rus rublu aşkar edilərək götürülüb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar