Gömrük nəzarətindən gizlədilən 129 qram qızıl aşkarlanıb- FOTO
29.04.2017 761 0.0 0

Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun ixrac piyada keçid xəttində Azərbaycandan Rusiya istiqamətinə gedən Azərbaycan vətəndaşının əl yüklərinə "Heimann X-ray" markalı rentgen aparatı vasitəsilə gömrük baxışı keçirilib.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, yoxlama zamanı vətəndaşa məxsus 1 ədəd əl arabasının dəmir borularının içərisindən gömrük nəzarətindən gizlədilən, çəkiləri müvafiq olaraq 19, 19, 19, 18, 18, 18, 18 qram olmaqla, ümumilikdə təqribi çəkisi 129 qram təşkil edən 7 ədəd qızıldan hazırlanan boyunbağılar aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar