Gömrük əməkdaşı : «Qadın avam olduğu üçün ondan 2200 dollar rüşvət aldım»
27.10.2016 707 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda və qaçaqmalçılıqda təqsirləndirilən Aman Muhamməd Baylyyev, Neman Abbasov, Adil Kazımov, Aytəkin Tağıyeva, Muxtar Qasımov və Ziyafət Qurbanovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Məlumata görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Təqsirləndirilən şəxslərdən N.Abbasov özünü qismən təqsirli bildiyini deyib, digərləri isə özlərini günahkar saymadıqlarını söyləyiblər. 
Daha sonra təqsirləndirilənlərdən Dövlət Gömrük Komitəsinin (DGK) keçmiş əməkdaşı N.Abbasov ifadə verib. O, digər təqsirləndirilən Z.Qurbanovdan rüşvət aldığını etiraf edib: "Adil Kazımov mənə zəng edib, bir nəfərin 1 kq qızılı olduğunu və həmin yükü qanununi şəkildə gömrükdən keçirmək lazım olduğunu bildirdi. Heydər Əliyev Beynəlxalq Hava Limanında Ziyafət xanımla görüşdüm. Qanunu bilmədiyi və avam olduğu üçün həmin qadından 2200 dollar rüşvət aldım. Ona bildirdim ki, həmin pullarla rüsum ödənilməlidir. Aytəkin Tağıyevadan isə Türkmənistan vətəndaşının yükünü gömrük postundan keçirməsini xahiş etdim. Qanuna əsasən, Ziyafət xanımdan rüsum tələb etməli deyildim, onu aldatdım. Amma istintaqa verdiyim ifadəni təsdiqləmirəm".
DGK-nın keçmiş əməkdaşı A.Kazımov ifadəsi zamanı Z.Qurbanovanın ona qızılların qanuni yolla ölkədən çıxarlması ilə bağlı müraciət etdiyini vurğulayıb: "Gecə növbəsindən çıxmışdım. Həmin gün işdə olmadığım üçün Neman Abbasova zəng vurub dedim ki, Ziyafət xanımın yükünü qanuni yolla postdan keçir. Daha sonra Neman mənə qızılların saxlanıldığını bildirdi. Bu işlə bağlı onunla aramızda heç bir pul söhbəti olmayıb".
Z.Qurbanova ifadəsində bildirib ki, qızılları ölkədən qanuni yolla çıxarmaq üçün A.Kazımovla danışıb: "Aman Muhamməd Baylyyev Türkmənistandan mənə zəng vurub qızıl almaq istədiyini bildirdi. Mən də Adil müəllimlə danışıb, onları ölkədən qanuni yolla çıxarmağın mümkün olub-olmadığını soruşdum. Adil müəllim də bunun mümkün olduğunu bildirib. Aman 48 min dollar pulla Azərbaycana gəldi. Məndən 28 min dollara qızılı nəğd yolla aldı, qalanlarını isə ona nisiyə verdim. Adil müəllim Neman Abbasovun mənə köməklik edəcəyini bildirdi. Hava Limanında Neman məndən rüsum üçün pul tələb etdi, sonra aşağıdakı tualetə düşməyimizi istədi. Buna görə çox qorxdum. Adil müəllimə zəng etsəm də, telefonu bağlı idi. Qızılları tualletdə Nemana vedim. Ondan tələb etdim ki, malları monitordan keçirsin, lakin razı olmadı, sonra isə başıma bu iş gəldi".
Daha sonra digər təqsirləndirilən A.Tağıyeva dindirilib. Onun sözlərinə görə, həmin yükü iş yoldaşı N.Abbasovun xahişi ilə gömrük postundan keçirib: "Nemanla neçə ildir ki, bir yerdə işləyirdik, ona inandım. Neman mənə qonaqların yükü olduğunu dedi. Daha sonra Ziyafət xanım yaxınlaşdı, yükü ona verdim".
A.Tağıyeva istintaqda başqa cür ifadə verdiyini vurğulayıb: "İdarədə məndən başqa cür ifadə verməyimi istədilər. Dedilər ki, onsuz da sizi işdən azad edəcəyik, Dövlət Gömrük Komitəsinin adına xələl gəlməsin. Ona görə də istintaqda dindiriləkən ifadəmi dəyişdim".
Türkmənistan vətəndaşı A.Baylyyev ifadəsində Azərbaycana qızıl almaq üçün gəldiyini deyib: "Ziyafət xanım qızılları qanuni yolla keçirəcəyinə söz verdi. Başqa yerlərdən də qızıllar almışdım. Bilsə idim qızıllar qanuni yolla gömrükdən keçirilməyəcək, imtina edərdim".
Daha sonra M.Qasımov da dindirilib. O qeyd edib ki, bu işlə əlaqədar N.Abbasovdan pul almayıb.
Məhkəmənin növbəti prosesi noyabrın 3-nə təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslərdən biri - Aman Muhamməd Baylyyev Türkmənistan vətəndaşı, 5-i - Neman Abbasov, Adil Kazımov, Aytəkin Tağıyeva Muxtar Qasımov və Ziyafət Qurbanova isə Azərbaycan vətəndaşıdırlar. Azərbaycan vətəndaşalarının 4-ü Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşlarıdır.
Hazırlıq iclasında məlum olub ki, təqsirləndirilən 6 nəfərdən 2-si - A.Baylyyev və N.Abbasovun barəsində həbs qətimkan tədbiri seçilib. Digər 4 nəfər isə - A.Kazımov, A.Tağıyeva M.Qasımov və Z.Qurbanovadır.
Həmin şəxslər Azərbaycandan Türkmənistana qanunsuz yollarla külli miqdarda qızıl-ziynət əşyalarının keçirilməsində təqsirli bilinirlər.
Onlar Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham olunurlar./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar