Global petrol prices: Azərbaycan dizel yanacağının ən ucuz satıldığı ölkələr sırasındadır
22.01.2018 881 0.0 0

Azərbaycan dünyada dizel yanacağının qiyməti ən aşağı olan ölkələr arasındadır.

Qazeta.info “Report”-a istinadla bildirir ki, bu barədə həftəlik yenilənən “Global petrol prices” saytına istinadən xəbər verir.

Ən son göstəricilərə görə, Azərbaycan dizel yanacağının qiyməti ən aşağı olan ölkələr arasında 8-ci sıradadır. Qeyd edək ki, hazırda Azərbaycanda dizel yanacağının 1 litrinin qiyməti 60 qəpik təşkil edir.

 

Dünya üzrə 1 litr dizelin orta qiyməti isə 1,03 dollar (1,75 manat) təşkil edir.

Dünyada dizel yanacağının ən baha satıldığı ölkə isə İslandiyadır. Burada dizel yanacağının qiyməti 1.97 dollar/litr (3,35 manat) təşkil edir:

 

Qeyd edək ki, Azərbaycan manatı ilə qiymətlər Azərbaycan Mərkəzi Bankının (AMB) bu günə olan 1 ABŞ dolları/1,7001 manat məzənnəsinə əsasən hesablanıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar