Generalın xaricdə yaşayış kompleksi üzə çıxdı – FOTO
18.10.2019 526 0.0 0

Azərbaycanın gömrük generalının Çexiyadakı şəxsi əmlakları üzə çıxıb.


Qazeta.info xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Məlumatda bildirilir ki, 68 evdən ibarət bu kompleks Çexiyanın Brno şəhərində, Holasice qəsəbəsində yerləşir. Kompleksin tikintisi Sumqayıt baş gömrük idarəsinin rəisi Vəzir Həsənovun Çexiyada sahib olduğu "HASAN&SONS" şirkəti tərəfindən həyata keçirilib. Şirkətin möhürü ilə təqdim olunan sənəddə evlərin və həyətyanı ərazilərin sahəsi qeyd olunub.
Məlumata görə, general bu qədər işi təkbaşına görməyib. Bu kompleksin tikintisində komitənin tranzit əməliyyatları şöbəsinin rəisi gömrük məmuru Fərid Vəliyev ona ortaqdır. 
Bundan başqa, Vəzir Həsənovun Çexiyada 34 mənzildən ibarət digər yaşayış kompleksi və kompleksə aid 300 kv.m.-lik restoranı və 800 kv.m.-lik ticarət mərkəzi haqqında faktları, sənədləri də bu yaxınlarda yayılmışdı.

 

Kompleksə aid sənədləri də əlavə edirik.

 

 

 

 

 

 

 

 

 

 

 

P.S. Qazeta.info qarşı tərəfin də mövqeyini yaymağa hazırdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar