General: `Rusiya ilə müharibədə dönüş nöqtəsi yaranır`
29.03.2022 268 0.0 0

“Bu gün Rusiya ilə müharibədə dönüş nöqtəsi yaranır”.

 UNİAN-a istinadən xəbər verilir ki, bunu Ukrayna Xarici Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri, general Mikola Malomuj deyib.

“Rusiya Prezidenti Vladimir Putin başa düşür ki, müharibəni uzatmaq onun üçün daha böyük uğursuzluq deməkdir. Diplomatik cəbhədəki uğurumuz sülhlə nəticələnə bilər. Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatlarını daha 7-10 gün davam etdirsə, bu, Putini danışıqlara məcbur edəcək güclü təzyiqə çevriləcək", - general bildirib.

O həmçinin müharibənin qarşıdakı bir ay ərzində bitəcəyini proqnozlaşdırıb./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar