Gallup: Əksər amerikalılar Trampın qabiliyyətinə inanmır
03.01.2017 1315 0.0 0

ABŞ-ın “Gallup” sosioloji araşdırmalar şirkətinin sorğusuna əsasən, amerikalıların yarısından azı ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın prezident öhdəliklərini yerinə yetirə biləcəyinə əmindir. 

"Qazeta.ru"ya istinadən xəbər verilir ki, respondentlərin 46%-i Trampın beynəlxalq böhranın öhdəsindən gələcəyini, 47%-i onun hərbi qüvvədən müdrik şəkildə yararlanacağını 44%-i isə öz administrasiyasındakı qalmaqalların qarşısını ala biləcəyini hesab edir. 

Xəbərdə qeyd olunub ki, 10 amerikalıdan 7-si Barak Obama, kiçik Corc Buş və Bill Klintonun qabiliyyətinə etimad edib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar