Gənc ulduz Nazim Babayev qələbəyə hazırdır
20.06.2015 690 0.0 0

 

 

Avropa Oyunlarının gənc siması Rio 2016-ya vəsiqə haqqında düşünür

Bakı 2015-in siması olduğu halda, o, həm də çempion da ola bilər. Amma Azərbaycanın üçtəkanla tullanma üzrə ulduzu Nazim Babayevlə bağlı kiçik bir nüans var. O, 22 iyun bazarertəsi Olimpiya Stadionunda baş tutacaq çıxışına görə gərgindir.

Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki,  Bakıda dünyaya göz açan Nazim Babayev keçən ilin avqust ayında Pekindəki Gənclər arasındakı Olimpiya Oyunlarında üçtəkanla tullanma üzrə bürünc medal qazanmaqla böyük şöhrət əldə etdi. Nazim bununla da müstəqil Azərbaycanın atletika üzrə Olimpiya Oyunlarının ilk medalçısı oldu. 

Çində ölkəmin bayrağını yüksəklərə qaldırdım və mənim qələbəmlə Azərbaycanın atletika medallarının tarixi başladı.-Nazim Babayev

Həmin vaxtdan onun siması ilk Avropa Oyunlarını təbliğ edən plakatlarda doğma şəhəri bəzəyir. O, Avropa oyunlarının səfiri seçilib. Hər kəs onun bazarertəsi keçiriləcək yarışlarda Azərbaycan üçün maksimum xal toplamasını gözləyir. Belə ki, onlar atletika yarışında komanda medalı uğrunda mübarizə aparacaqlar.

Hər kəs məndən birinci yer gözləyir. Əlbəttə, favoritəm və əlimdən gələni edəcəyəm. Məşqçim düşünür ki, mən qələbəyə hazıram və o, məndən Rio 2016-a vəsiqə qazanmağımı da istəyir.-Nazim Babayev

Babayev may ayında Bakı 2015-in sınaq oyunlarında 16.61 metrlik gənclər arasında milli rekordu təkrarlayaraq formada olduğunu göstərib. Bu il həmin meydançada olan idmançılardan heç kəs ondan daha uzağa tullanmayıb və yalnız moldovalı Vladimir Letniçov gənc azərbaycanlının yanında öz rekordunu təkrarladı.

Nazim Babayev yalnız milli şərəfi fikirləşmir. Babayevin ən yaxşı nəticəsi Rio 2016 Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün qoyulan 30 santimetr standartından azdı.

Əlbəttə, Rio uğrunda mübarizə aparacam. Olimpiya Oyunları bütün idmançıların iştirak etmək istədiyi oyundur. Olimpiya Oyunlarının şüarı: "İştirak etmək, yer tutmaqdan daha mühümdür." Bu şüar ilə tamamilə razıyam.-Nazim Babayev

İdmançı deyir ki, onun çıxışı gələcək karyerasının inkişafı baxımından həlledici ola bilər: "17 yaşım var və öz ölkəmdə qalib gələndən sonra Rioda ölkəmi təmsil etmək mənim karyeramda çox böyük addım olacaq. Avropa Oyunları ilk dəfə bizim öz ölkəmizdə keçirilir. Nə qədər güclü olduğumuzu nümayiş etdirmək üçün böyük sans var".


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar