Gəncə sakini həmyerlisini girov götürüb
10.11.2017 947 0.0 0

Oktyabrın 25-də adam öldürməyə cəhd göstərməkdə şübhəli bilindiyinə görə tutulan Gəncə şəhər sakini Qurban Qurbanovun ətrafında Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun digər ağır cinayət törətməsi də müəyyən edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, araşdırmalar zamanı onun oktyabrın 10-da digər cinayət ortaqları ilə birlikdə Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Məsnunini zorla “VAZ-2107” markalı avtomobildə Gülüstan qəsəbəsinə apararaq orada girov saxlaması və buraxılması müqabilində qohumlarından 100.000 rubl (2870 manat) pul tələb edib, məqsədinə çatdıqdan sonra buraxması, habelə əlavə olaraq 250.000 rubl (7175 manat) da gətirməsini tələb etməsi də müəyyən edilib.

İstintaq-əməliyyat tədbirləri davam etdirilir./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar