Gəncədə hamilə qadın əməliyyat zamanı ölüb
03.06.2016 794 0.0 0

 Gəncə şəhərində xəstəxanada ölüm hadisəsi baş verib. Məlumata görə, hadisə Abbas Səhhət adına 1 saylı Şəhər Xəstəxanasında qeydə alınıb. Şəhər sakini, üş aylıq hamilə olan 1982-ci il təvəllüdlü Aynur Oktay qızı Kərimova özünü narahat hiss etdiyi üçün xəstəxananın Ginekologiya şöbəsinə yerləşdirilib. Ona uşaqlıqdan kənar hamiləlik diaqnozu qoyulub və əməliyyat edilib. Əməliyyat zamanı qadın dünyasını dəyişib.

 

Faktla bağlı Gəncə şəhər prokuroluğunda araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar