Gələn ilin PROQNOZU: `Xoruz`un gətirəcəyi 3 FƏLAKƏT
03.12.2016 2535 0.0 0

Ötən həftə Fidel Kastronu torpağa tapşırandan sonra xəbər çıxdı ki, başını bağlamayan kişilərin hamısı cəhənnəmə düşəcək. Yox, bu haqda informasiyanı o biri dünyaya çatar-çatmaz Fidel Yerə sızdırmadı. Onun başı yəqin ki, hələ yerbəyer olmağa qarışıb.

Qazeta.info Publika.az-a istinadla bildirir ki, bu iddianı irəli sürən Türkiyədə gülməli və qalmaqallı söhbətləri ilə məşhurlaşan Cübbəli Ahmet Hocadır.

Deyir ki, “Kişilərin başı açıq gəzməsi böyük günahdır. Çox pis işdir”. Bu günahı daşıyanlar o biri dünyada yanacaqlar. Həqiqətən də Allahın dinində belə qayda varsa, o zaman Azəbaycan kişilərinin vəziyyəti ağırdır. Siz heç Azərbaycanda başı bağlı kişi görmüsünüzmü? Vaxtilə Nizami Gəncəvi başını bağlamışdı, Nəsimi bir az da irəli gedərək, sırğa belə taxmışdı, dinin ən böyük aşiqi sayılan Füzuli də, mollaları barmağına dolayan Molla Pənah Vaqif da başlarını örtərdi. Bəs indi? Təsəvvür edin, Bakı metrosu başı bağlı kişilərlə dolub və xanımlar ayağa qalxaraq onlara yer verir. Adamın ağlına hər cür fikir gəlir bu şəhərdə.

Bu şəhərdə qız onu zorlayan atanı videoya çəkirsə, deməli qiyamətin əlamətləri görünür.

 

Nələrin olacağını, nələrin baş verəcəyini görmək üçün bir az gözləməliyik.

Amma xoruzun gözləmək fikri yoxdur, artıq gəlməyinə üç həftədən bir az artıq vaxt qalıb.
Dörd gün öncə Xoruz ilində bizi nələrin gözlədiyi haqqında xəbər oxudum.
Deyirlər ki, guya yaxşı heç nə gözlənilmir. Sizi bilmirəm, amma mənim gözüm su içmir. Xüsusilə yadplanetlilərin gizli məntəqəsinin üzə çıxmasından sonra fəlakətlərin yaxınlaşdığı haqda söz-söhbət çoxalıb.

O gün də dənizin kənarından bu yadplanetlilərin yumurtalarını tapıblar.

 

“Nələr baş verir?” deyə fikirləşirəm: ağlıma Xoruz ili ilə bağlı bəzi qorxulu fikirlər gəlir.

1. Xoruz ili özü ilə qiyaməti gətirəcək. Hadisələrin inkişafı ona doğru gedir.

2. Müharibələr başlayacaq, xüsusilə bizi maraqlandıran Qarabağ müharibəsinin yeni mərhələsinə qədəm qoya bilərik. Siyasi proseslər buna işarə edir.

3. Qiyamətdən və müharibələrdən qorxanlar Cübbəli Hocanın dediklərini edəcək. Başı bağlı kişilər qadınları kölgədə qoyacaqlar.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar