Gələn il Bakıda I siniflərə 46 minə yaxın uşaq qəbul olunacaq
22.06.2017 624 0.0 0

2017-2018-ci tədris ili üçün Bakı şəhərinin ümumi təhsil məktəblərinin 1-ci siniflərinə 46 minə yaxın uşağın qəbul olunacağı proqnozlaşdırılır.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir.  

 

Martın 15-dən sentyabrın 15-dək həyata keçiriləcək I sinfə şagird qəbulu prosesi çərçivəsində elektron sistem vasitəsilə 44 000-dən çox uşağın ərizəsi qeydiyyata alınıb.

 

BŞTİ-nin tabeliyində 307 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 317 məktəb fəaliyyət göstərir. Ümumi təhsil məktəblərində ümumilikdə 28 165 müəllim çalışır. 2016-2017-ci tədris ili ərzində BŞTİ-nin tabeliyində olan ümumi təhsil məktəblərində 387 373, xüsusi ümumi orta məktəblərdə (xüsusi siniflərdə) 2 327, əyani-qiyabi axşam məktəblərində (qruplarında) isə 2 603 şagird olmaqla, ümumilikdə 392 303 şagird təhsil alıb.  BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərini IX sinif üzrə 27 708, XI sinif  üzrə 19 525, XII sinif üzrə 599 nəfər bitirib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar