Füzulidə itkin düşmüş şəxsin meyiti Beyləqanda tapılıb
21.11.2016 672 0

Füzulidə itkin düşmüş şəxsin meyiti tapılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 17-də Füzuli rayonunda itkin düşmüş rayon sakini Roman Şıxəliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti noyabrın 19-da Baş Mil su kanalının Beyləqan rayonunun Allahyarlı kəndi ərazisindən keçən hissəsində tapılıb.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər:
Şərhlər