Futbolçu Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi olub
06.04.2016 507 0.0 0

Səbail rayon Məhkəməsində futbolçu Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
Məlumata görə, hakim Elmar Rəhimovun sədrlik etdiyi prosesdə anası Cavid Hüseynovun Xalidə Hacıyeva və Rasim Əliyevin anası Teyfurə Əliyevə şahid qismində ifadə veriblər. Xalidə Hacıyeva bildirib ki, baş verən hadisədən oğlunun xəbəri olmayıb və onun günahı yoxdur. Teyfura Əliyeva da bildirib ki, Rasim Əliyevi aldadıb çay içmək adı ilə evdən aparıb döyüblər. O əlavə edib ki, Rasim Əliyev görüşə getməzdən əvvəl Cavid Hüseynovla Elşən İsmayılov ona bir neçə dəfə zəng ediblər.
 
Prosesdə Cavid Hüseynovun əmisi oğlu Nihad Abbaslı və polis əməkdaş Ədalət Məmmədov da ifadə verib. Ədalət Məmmədov ifadəsində bildirib ki, onlar Cavid Hüseynovu Şamaxıdan Bakıya gətiriblər. Nihad Abbaslı isə Cavidlə hadisənin ertəsi günü “whatsapp”da yazışdığını deyib və Cavid ona Elşənə polisə təslim olmalı olduğunu dediyini yazıb.
 
Proses aprelin 13-də davam etdiriləcək.
 
Xatırladaq ki, Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilir. Bu iş üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair hissə ayrıca icraata verilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar