Futbol üzrə XV Avropa çempionatı start götürüb
11.06.2016 637 0.0 0

 Bu gün futbol üzrə XV Avropa çempionatı start götürüb.

 

Məlumata görə, Fransada  keçirilən qitə birinciliyində, ilkin mərhələdə 24 komanda altı qrupda mübarizə aparacaq.

 

Turnirin açılış oyunu  Parisin “Sen-Deni”   stadionunda başlayıb. Oyundan öncə isə turnirin təntənəli açılış mərasimi keçirilib.  İlk oyun Bakı vaxtı ilə saat 23.00-də meydan sahibi olan Fransa yığması ilə Rumıniya  arasında başlayıb.

 

Qrup mərhələsinin son oyunları iyunun 22-də keçiriləcək. Qruplarda ilk iki yeri tutan komandalar və üçüncü yerdə qərarlaşan ən yaxşı dörd komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. 1/8 final matçları iyunun 25-dən 27-dək, ¼ finallar – iyunun 30-dan iyulun 3-dək, yarımfinallar isə iyulun 6-sı və 7-də baş tutacaq. Final matçı iyulun 10-da Parisdə keçiriləcək./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar