Futbol azarkeşləri arasında iğtişaş olub, polis ölüb - VİDEO
23.02.2018 999 0.0 0

Futbol üzrə Avropa Liqasının "Atletik" (İspaniya) və "Spartak" (Rusiya) arasında Bilbao şəhərində keçirilmiş 1/16 final matçından əvvəl fanatlar arasında baş vermiş iğtişaş zamanı bir polis əməkdaşı ölüb.

TASS-a istinadən xəbər verilir ki, bu barədə cümə axşamı "Correo" qəzeti yazıb.

Regional hüquq-mühafizə orqanları əməkdaşı ürəyi dayandıqdan sonra tibb müəssisəsinə aparılıb. Reanimasiyadan sonra o, ağır vəziyyətdə olub və sonra dünyasını dəyişib.

Qəzet yazır ki, matçdan əvvəl azarkeşlər arasında baş verən qarşıdurmalar nəticəsində bir neçə nəfər yaralanıb. Əlavə olaraq, ən azı beş nəfər saxlanılıb./Report/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar