FTX rəhbəri: `Türkiyə Rusiyaya terror hücumunun qarşısını almağa yardım edib`
04.04.2018 801 0.0 0

Rusiya xüsusi xidmət orqanları Yeni il bayramı günlərində ABŞ və Türkiyədən gələn məlumatlar sayəsində iki terror hücumunun qarşısını alıb.

RT-yə istinadən xəbər verilir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Moskvada keçirilən beynəlxalq təhlükəsizlik konfransında bildirib.

O qeyd edib ki, ötən il ABŞ Sankt-Peterburqda Yeni il bayramları zamanı terror hücumu hazırlandığı ilə bağlı Rusiyanı vaxtında xəbərdar edib.

"Eyni zamanda, türkiyəli tərəfdaşlarımızdan alınan məlumatlar sayəsində başqa bir hücumun qarşısı alınıb", - N.Bortnikov vurğulayıb.

FTX direktorunun sözlərinə görə, ötən il Rusiyada ümumilikdə 25 terror aktının qarşısı alınıb, 4 terror aktı törədilib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar