Frayberqa: `Azərbaycanın öz ərazisini qaytarmaq hüququ var`
17.03.2017 794 0.0 0

“Azərbaycan işğal və ərazilərinin bir hissəsini itirməkdən əziyyət çəkən bir ölkədir. Bu, digərlərinə nisbətən “dondurulmuş” münaqişədir. Zaman-zaman münaqişə zonasında gərginlik olanda dünya ictimaiyyəti həqiqətən narahatlıqla izləyir və ümid edir ki, bu münaqişə qaynar münaqişəyə çevrilməyəcək”.

Məlumata görə, bu sözləri Latviyanın sabiq prezidenti Vaira Vike Frayberqa deyib. O bildirib ki, “dondurulmuş” münaqişə pisdir, lakin silahlı hərbi əməliyyat daha pisdir: “Çünki indiki dövrdə heç bir problemi hərbi yolla həll etmək mümkün deyil. Çətinliklərə baxmayaraq, dünya ictimaiyyətinin açıq mövqeyi var ki, Azərbaycanın öz ərazisini qaytarmaq hüququ var. Lakin münaqişə danışıqlar yolu ilə həll olunmalıdır və silahı münaqişənin eskalasiyasına yol verilməməlidir”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar