Fransanı qana çalxayan terrorçunun ADI AÇIQLANDI
15.07.2016 762 0.0 0

Ötən axşam Fransanın Nitsa şəhərində terror törədən şəxsin adı məlum olub.

 

Qazeta.info bildirir ki, Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, xüsusi xidmət orqanları artıq terror aktı törədən şəxslə bağlı bir çox bilgilərə sahib olublar. Bildirilir ki, yük maşınını əslən Tunisdən olan 31 yaşlı şəxs idarə edib. Bu Məhəmməd Lahouaiej Bouhleldir.

 

 

O hadisə zamanı polis tərəfindən güllələnib.

Şübhəli şəxs daha əvvəl də ümumi qanun pozuntularına görə polis tərəfindən saxlanılıb. Məlumatlar arasında o da var ki, terror hücumunda istifadə edilən yük maşını icarəyə götürülüb.

 

Terrorçunun kimliyi barədə ilkin olaraq Fransanın yerli "Nice Matin" qəzeti məlumat yaydı. Onun adını isə ilkin olaraq BBC açıqladı. Xəbərlərdə o da bildirilir ki, artıq sözü gedən şəxsin evində axtarış aparılıb. Terrorçu da Nitca şəhərində yaşayırmış.

 

 

Qeyd edək ki, Nitsa şəhərində sürətlə hərəkət edən yük maşını bulvarda “Bastiliya qalasının alınması” bayramı münasibəti ilə atəşfəşanlığı seyr etməyə toplaşan insanlara çırpılıb. 

 

Hücumda istifadə olunan yük maşınında silah və qumbaralar aşkarlanıb.

 

Hücum nəticəsində 84 nəfər ölüb.

 

Rəsmi qurumlar hadisəni terror aktı adlandırıb. 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar