Fransalı Soveplan atıcılıqda qızıl medalçı oldu
21.06.2015 684 0.0 0
50 metrdən tüfəng ilə atəş üzrə Xorvatiya gümüş, Belarusiya isə bürünc medalı aldı

Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, Fransalı Valerian Soveplan kişilər arasında 3 vəziyyətdə 50 metrdən tüfəng ilə atəş yarışında ilk atıcılıq çıxışları ilə, Bakı 2015 ilk Avropa Oyunlarının qızılını və Rio 2016 Olimpiya Oyunlarının kvota yerini qazanıb.

O, xorvatiyalı gümüş medalçı Petar Qorsa üzərində 2,2 xal üstünlüyünə malik olub.

İdmançı Qorsanın qazandığı gümüş medal, Xorvatiyanın ilk Avropa Oyunlarında atıcılıq üzrə ilk medalıdır. Ölkəsini bu qalibiyyəti ilə şərəfləndirən idmançı, sevincini belə bölüşüb:

Xorvatiya komandası üçün ilk medalın qazanılması hisslərini yaşamaq böyük xoşbəxtlikdir. Xüsusilə də, ona görə ki, uzun müddət, sözün əsl mənasında böyük medal qazanmamışam. Mənim çox yaxşı yeniyetmə karyeram var və orada çoxlu medallar qazanmışam, lakin bu günədək əsas yarışda bir dənə də olsun böyük medal qazanmamışam. Eə buna görə də bu, sözün əsl mənasında mənim üçün böyük qayıdışdır.-Petar Qorsa

Davam edən kişilər arasında 50 metrdən tüfəng ilə atəş yarışlarında belarus Vİtali Bubnoviç, dünyanın iki nömrəli oyunçusu rus Sergey Kamenski ilə qarşılaşması bitdikdən sonra, finalda üçüncü yer üzrə mübarizədə bürünc medal əldə edib. Qeyd edək ki, bundan əvvəl o, 10 metr məsafəyə hava tüfəngi ilə atəş yarışında qızıl medala layiq görülüb. 

Olimpiya çempionu və Bakı 2015-in elçisi italiyalı Nikkolo Kampriani, oyun zalında güclü küləyin öhdəsindən gələ bilməməsini əsas gətirərək, finala çıxa bilməyib. Ayaqüstü vəziyyətdə səkkiz atəş açaraq, yeddisini hədəfə çatdıra bilən Kampriani, qızıl medalı qaçırması barədə belə deyib:

Meydançada əsən külək 10 metr məsafədən atəş açmaq üçün yetərli idi. Lakin real problem isə bədənə vuran külək idi. O, çox güclü idi. Həyatım boyu bu cür şəraitdə atəş açmamışam və ümidvaram ki, bir daha bu cür vəziyyətlə rastlaşmayacağam. Bütün raund ərzində xallarım olduqca aşağı idi.-Nikkolo Kampriani

Birinci Avropa Oyunlarında çərşənbə axşamı baş tutmuş 10 metrdən atəş yarışında gümüş medal qazanan Kamprianinin, bazar ertəsi keçiriləcək qarşılaşmalarda qızıl medal əldə etmək şansı var.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar