FRANSADA YENİDƏN BİR NEÇƏ NƏFƏR GİROV GÖTÜRÜLÜB-YENİLƏNDİ
16.01.2015 947 0.0 0

Le Figaro qəzetinin yaydığı məlumata görə poçta 3 nəfəri girov götürən şəxs girovları azad edib.

Fransız polisinin poçta basqın edən şəxslə etdiyi sövdələşmə nəticəsində təcavüzkar silahını buraxaraq təslim olmağı qəbul edib.

Hadisədə ölən ya da yaralanan şəxsin olmadığı bildirilir. Fransa mətbuatının bildirdiyinə görə poçta hücum edən şəxsin ruhi xəstə olduğu güman olunur. Səlahiyyətlilər, hadisənin terror aktı olmadığını açıqlayıb.

                                                                *****

Parisdə yeni  girov götürmə hadisəsinin baş verdiyi bildirilir.

Fransız televiziya kanalı BFMTV, Parisin qərbində yerləşən Colombe bölgəsində bir poçtda  üç nəfərin girov alındığını bildirilir.İlkin əldə edilən məlumatlara görə hadisədə terror şübhəsinin olmadığı qeyd olunub.

Girov hadisəsi sonrası poçt ofisinin ətrafı polis tərəfindən əhatə altına alınıb. Bölgəyə Polis vertolyotları cəlb olunub. Polisin girovları azad etmək üçün silahlı şəxslə danışıq apardığı bildirilir.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar