FRANSADA YƏHUDİ MƏDƏNİYYƏT MƏRKƏZİNİ QORUYAN ƏSGƏRLƏRƏ HÜCUM OLDU, YARALANAN VAR
03.02.2015 860 0.0 0


Fransanın cənubundakı Nice şəhərində, Yəhudi Mədəniyyət Mərkəzini qoruyan əsgərlərə bıçaqlı hücum təşkil olunub.

Polis yaxın mənbələrdən verilən məlumata görə, Nicedə şəhər mərkəzindəki MASSENA Meydanında olan Yəhudi Mədəniyyət Mərkəzini qoruyan 3 əsgər bıçaqlı hücuma məruz qalıb. Əsgərlərdən birinin qolundan, digər əsgərlərdən birinin isə üzündən ağır yaralandığı bildirilir.

Xatırladaq ki, Hadisə yerindən qaçaraq tramvayda tutulan Moussa Colibaly adlı təcavüzkarın həbs olunduğu və 9 Yanvarda Parisdə Musəvi marketinə hücum təşkil edən Amedy Colibaly ilə yaxınlığı olmadığı bildirilib.
 
Türkiyənin Milliyət qəzetinin yaydığı məlumata görə, 
Paris Prokurorluğunun anti-terror bölməsi hücumdan sonra hadisə ilə  əlaqədar istintaqa başlayıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar