Fransada terrorçunun supermarketə hücumu nəticəsində ölənlərin sayı 3-ə çatıb - YENİLƏNİB
23.03.2018 825 0.0 0

Fransanın Treb şəhərində terrorçunun supermarketə hücumu nəticəsində ölənlərin sayı 3-ə çatıb.

BFM televiziyasına istinadən xəbər verilir ki, bu barədə Fransanın hüquq-mühafizə orqanları məlumat yayıb. 

Məlumata görə, terrorçu bundan öncə Parisdə törədilmiş terror aktının əsas təşkilatçılarında olmuş şəxsin həbsdən azad olunmasını tələb kimi irəli sürüb.

Fransa KİV-lərinin xəbərinə görə, artıq girovlar azad olunub. Terrorçu isə supermarketin içərisindədir.

Terror aktını törədən şəxsin Mərakeş vətəndaşı və radikal dini qruplaşmanın üzvü olduğu bildirilib. Xüsusi xidmət orqanları onun fəaliyyəti barədə məlumatlı olublar. /report/

*****

Fransada supermarketə hücum edən silahlı şəxs bir neçə nəfəri girov götürüb.

Qazeta.info "Report" -a istinadən xəbər verir ki, hadisə ölkənin cənub-qərbində yerləşən Treb qəsəbəsində baş verib.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb. Polis rəsmiləri ölənlərin sayının artacağını istisna etməyib. 

Həmin silahlı şəxsin terrorçu İŞİD quruplaşmasının üzvü olduğu bildirilib.

Hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar