Fransada terrorçunu belə məhv etdilər – VİDEO
15.07.2016 969 0.0 0


Nitsada terrorçunu qadın polis zərərsizləşdirib.

Nitsada terror aktını törədən şəxsin məhv edilməsi videosu “Twitter”də yayılıb.

Qazeta.info  oxu.Az-ın məlumatına əsasən  xəbər verir ki, terrorçu hücum etdiyi yük maşınını hadisədən iki gün öncə icarəyə götürüb. 

Nitsada insanlara hücum edən yük maşını sürücüsünü qadın polis zərərsizləşdirib. Bu barədə hadisənin şahidi fransız parlamentarisi Erik Çiotti danışıb.

Siyasətçinin “Europe 1” radiostansiyasına verdiyi müsahibəsindən sözlərini AP sitat gətirib. 
Deputatın sözlərinə görə, əvvəlcə “saxlamaq üçün adam yük maşına atılıb”. 

“Bu zaman polislər terrorçunu zərərsizləşdirə bildilər. Qatili dayandıran qadın polisin baxışını heç bir zaman unutmayacam”, - Çiotti deyib. 

Son məlumata görə, hadisə nəticəsində 84 nəfər terror aktının qurbanı olub. 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar