Fransada 700 kq-a yaxın kokain müsadirə edilib
11.11.2019 418 0.0 0

Fransada Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Baş İdarəsinin əməkdaşları Havr şəhərində 680 kq kokain müsadirə ediblər.

Bildirək ki, bu barədə “Franceinfo” məlumat yayıb.

Qeyd olunub ki, Fransanın Havr şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən üç nəfər saxlanılıb.

Narkotik vasitə isə liman yaxınlığında yerləşən yaşayış binasında aşkarlanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları evdə bir avtomat və tüfəng tapıblar.

Polisin məlumatına görə, kokain Fransaya Braziliyadan gətirilib./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar