Fransa xüsusi təyinatlıları Malidə terror qruplaşmasının liderini öldürüb
06.11.2019 456 0.0 0

Fransa xüsusi təyinatlıları Malidə həyata keçirdikləri əməliyyat zamanı “Əl-Qaidə” beynəlxalq terror şəbəkəsi ilə sıx əlaqəsi olan terror qruplaşmasının lideri Əbu Əbdürrəhman əl-Məğribini zərərsizləşdirib.

TASS-a istinadən xəbər verilir ki, bu barədə “France Presse” agentliyinə Fransa Silahlı Qüvvələri naziri Florens Parli məlumat verib.

Onun sözlərinə görə, Mərakeş əsilli terrorçu 9 oktyabr gecəsi, Malinin hərbi qüvvələri ilə birlikdə həyata keçirilən xüsusi əməliyyat zamanı məhv edilib.

“O, Sahel ərazisində axtarılan ən təhlükəli terrorçuların siyahısında ikinci olub. Terrorçular arasında nüfuzlu şəxslərdən birini zərərsizləşdirə bildik.”/Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar