Fransa XİN: Suriyada kimyəvi silahlardan Bəşər Əsədin əmri ilə istifadə olunub
27.04.2017 602 0.0 0

Fransa Xarici İşlər Nazirliyi Suriyanın İdlib vilayətinə kimyəvi silahlarla hücumun Bəşər Əsədin əmri ilə həyata keçirildiyini təsdiqləyən hesabat yayıb.
 
“rbc.ru”-ya istinadən verilən məlumata görə, hesabatda hadisə yerindən götürülmüş nümunələrin analiz nəticələri təqdim olunub. Bütün nümunələrdə kimyəvi silah üçün xarakterik olan zarin və heksamin qarışığı, diizopropil metilfosfonat maddəsi aşkarlanıb.
 
Fransanın xüsusi xidmət orqanlarının qənaətinə görə, bunlar Suriya laboratoriyalarında istehsal olunur. Xüsusi xidmət orqanlarının əməkdaşları kimyəvi silahların tətbiq edildiyi rayonda vəziyyəti analiz edərək, belə nəticəyə gəliblər ki, Bəşər Əsədə qarşı çıxan qruplaşmaların əlində kimyəvi silah və ya onların əldə edilməsi üçün hava rabitəsi yoxdur.
 
Suriya XİN isə bu hesabatı pisləyən bəyanat yayıb, araşdırmanı yalan adlandırıb: “Hesabat Fransanın bu cinayətdə və  Suriyaya qarşı təcavüzdə bilavasitə iştirakına heç bir şübhə olmadığını göstərir”.
 
Xatırladaq ki, aprelin 4-də Suriyanın İdlib vilayətinin Xan-şeyxun şəhərinə kimyəvi silahlardan hücum həyata keçirilib Hadisə nəticəsində 80 nəfər ölüb, 200-ə yaxın sakin xəsarət alıb./apa/  


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar