Fransa Rakka şəhərini tezliklə mühasirəyə almağa çağırıb
19.11.2016 777 0.0 0

Rəsmi Paris ABŞ rəhbərliyi altında beynəlxalq koalisiyanı Suriyanın Rakka şəhərini tezliklə mühasirəyə almağa çağırıb.

 

Reuters agentliyinə istinadən verilən xəbərə görə, bunu Fransa hökumətinin sözçüsü Stefan le Fol bəyan edib.

 

“Rakkanın mühasirəyə alınması üçün qüvvələr yerləşdirilsə də, heç bir əməliyyat həyata keçirilmir. Şəhərin mühasirəyə alınması Rakka ilə Mosul arasında terrorçuların hərəkətlərinin qarşını alınması üçün vacibdir. Hazırda bu strateji məqsədlərdən biridir. Çünki Mosuldan qaçan terrorçular Rakkaya üz tutacaq”, deyə Stefan le Fol bildirib.

 

Qeyd edək ki, Rakka İŞİD qruplaşmasının Suriyadakı “paytaxtı” hesab edilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar