Fransa prezidentliyinə namizəd Rusiyaya səfər edib
24.03.2017 843 0.0 0

Fransanın radikal sağçı Milli Cəbhə Partiyasının lideri, prezidentliyə namizəd Marin Le Pen Rusiyaya səfər edib.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, səfər Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr üzrə komitəsinin dəvəti ilə həyata keçirilir. M. Le Penin Dumanın sədri Vyaçeslav Volodin, deputatlar və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur.
 
Xatırladaq ki, faşist mövqeli M. Le Pen rusiyameylli siyasətçi kimi tanınır. O, prezident seçilərsə, Krımı Rusiya ərazisi kimi tanıyacağını vəd edib.
 
Fransada prezident seçkilərinin ilk turu aprelin 23-də, ikinci turu isə mayın 7-də keçiriləcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar