Fransa DİN müsəlmanlara Parisin ətraf küçələrdə namaz qılmağa icazə verilməyəcəyini bildirib
20.11.2017 695 0.0 0

“Fransanın hakimiyyət orqanları Müsəlmanların Parisin şimal ərtaflarındakı kücələrdə namaz qılmalarının qarşısını alacaqlar”

Qazeta.info Xarici KİV-lərə istinadla bildirir ki, bunu Fransanın Daxili İşlər naziri bəyan edib.

Məlumata görə, ibadətlə məşğul olan yerli müsəlmanlar əvvəlki geniş namaz otağının bu yaxınlarda bağlanmasına etiraz edirlər. 


Bildirək ki, Jerar Kollomb mart ayından bəri Clichy-la-Garenne Müsəlman İbadət və Mədəni Assosiasiyalarının Birliyi tərəfindən hər cümə günü şəhər mərkəzində təşkil edilən müsəlmanların namaz qılmasına öz etirazını bir daha təkrar etmişdir. Belə ki, mart ayında onların şəhərdə namaz qılmaq üçün icarəyə götürdükləri zal yeni mer tərəfindən multimedia kitabxanasına çevrilmişdir.

Bundan sonra, namaz qılmaq üçün xüsusi bir mərkəz tikilmiş, amma yerli müsəlmanlar onun yeri və ölçüsündən narazı qalmışlar. 


 “Onlar küçələrdə namaz qılmayacaqlar, biz küçələrdə namaz qılınmasının qarşısını alacağıq,” deyə açıqlama verən Kollomb , eyni zamanda “növbəti bir neçə həftə ərzində” qarşılıqlı olaraq hər iki tərəfin razı salan bir həll yolu tapacaqlarına söz verərək, “Müsəlmanların ibadət etmək və namaz qılmaq üçün yeri olmalıdır” deyə o, vurğulamışdır.


Bildirək ki, ibadət yerlərinin təşkili ilə əlaqədar noyabrın 10-da yenidən gərginlik artmış və 100-ə yaxın siyasətçi, o cümlədən merlər, Respublikaçılardan, Demokratlar və Müstəqillər Birliyindən olan deputatlar, Demokratik Hərəkat və Milli Cəbhə müsəlmanların küçələrdə namaz qılmasını blok etməyə cəhd göstərmişlər.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar