Formula 2: Antonio Fuoko və Coni Sekotto qəza törədib
24.06.2017 826 0.0 0

Bakıda keçirilən Formula 2 yarışının VII mərhələləsində iki qəza baş verib. 

Məlumata görə, əvvəlcə Antonio Fuokonun (İtaliya, Prema Racing) idarə etdiyi bolid rəqibin maşınına dəyib, daha sonra səddə çırpılıb.

Nəticədə A.Fuoko yarışı yarımçıq dayandırıb. Onun idarə etdiyi bolid kran vasitəsi ilə trassdan götürülüb.

Daha sonra Coni Sekottonun (Venesuela, Rapax) bolidi səddə dəyərək yararsız hala düşüb və mübarizəni dayandırıb.

Qeyd edək ki, iyunun 23-də Formula 1 Azərbaycan Qran Prisinin sərbəst yürüşləri zamanı 3 qəza baş verib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar