«Formula 1»də Azərbaycan komandası
24.06.2015 695 0.0 0

Gələn il Bakıda “Formula 1”in debut yarışları keçiriləcək. 

“F1news.ru” saytına istinadən bildirilir ki, bu gənclər və idman naziri Azad Rəhimov məlumat verib. Nazirin sözlərinə görə, hökumət layihədə fəal iştirak etmək və gənc pilotları dəstəkləmək fikrindədir. Nazir gələcəkdə Azərbaycanın milli komandasının olacağını da istisna etməyib. 

“Biz istəyirik ki, yarışlar Azərbaycan bayrağı altında keçirilsin, yarışda Azərbaycan komandası və bizim sponsorlar iştirak etsin. Biz bu potensialı görürük. Müəyyən müddətdən sonra bizim ölkənin “Formula 1”in iştirakçısı olması maraqlı olardı”,- deyə Azad Rəhimov vurğulayıb. 

Nazir istisna etməyib ki, Bakıda yarışlar gecə keçirilə bilər. 2016-cı il Qran Prisindən danışan Rəhimov vurğulayıb ki, Bakıya 11 min xarici azarkeşin gəlişi gözlənilir. 

Yarışların neçəyə başa gəlməsi barədə danışan Rəhimov bildirib ki, bu kommersiya sirridir. Amma bununla belə o bildirib ki, debüt Qran Prisinin xərcləri 66-86 milyon dollar arasında dəyişəcək. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar