Flora Kərimovanın Afət Fərmanqızı barədə şikayəti icraata götürüldü
01.04.2022 493 0.0 0

Binəqədi rayon məhkəməsində Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə iclası keçirilib.

Məlumata görə, hakim Mahirə Kazımovanın sədrliyi ilə keçirilən prosesdə xüsusi ittihamçının vəkili Xavər İsmayılova şikayət dəlillərini məhkəmənin diqqətinə çatdırıb.

Flora Kərimova bildirib ki, qarşı tərəfdən təhqir və böhranlara məruz qalıb və ona görə də məhkəməyə müraciət edib. O, Afət Fərmanqızının barəsində dediklərini şəxsiyyətinə hörmətsizlik hesab etdiyini bildirərək şikayətinin icraaata qəbul olunmasını xahiş edib.

Təqsirləndirilən şəxs Afət Fərmanqızı isə səhhəti ilə bağlı müalicədə olduğu üçün məhkəmədə iştirak etməyib.

 

Afət Fərmanqızının vəkili xüsusi ittihamçının dediklərini inkar edib.

O, təhqir hesab olunan ifadələrdə Flora Kərimovanın adının keçmədiyini bildirib.
Məhkəmənin yekun qərarına əsasən, xüsusi ittiham qaydasında verilmiş şikayət icraata götürülüb.

Xatırladaq ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızının onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittiham olunmasını tələb edir./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar