Əflatun Amaşov dövlət büdcəsindən saytlara 1 milyon manat ayrılmasını təklif edib
07.12.2016 760 0.0 0

“Azərbaycanda 30-dək xəbər portalı normal qaydada fəaliyyət göstərir. Gələcəkdə bu rəqəmin artacağı istisna deyil. Ona görə də bu tip media vasitələrinin nəzərə alınması vacibdir. Ümumiləşdirmə apararaq təklif edirəm ki, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna ayrılan 4 milyon manat vəsait artırılsın”.
Bildirək ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Milli Məclisin plenar iclasında 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib. O bildirib ki, internet medianın maliyyələşdirilməsi üçün ən azı 1 milyon manat ayrılmalıdır.
Mətbuat Şurasının vurğulayıb ki, jurnalistika ölkədə ictimai rəyin formalaşmasında və ölkənin dünyada təbliğində mühüm rol oynayır: “Reklamı və heç bir gəliri olmayan, amma həmişə peşəkarlıq və vətənpərvərlik umulan bu media orqanları nə ilə yaşamalıdır? Bu sahə ilə bağlı qənaət rejiminə keçilməməlidir. Son 1 ildə istər qəzet kağızı, istərsə də çap xərcləri kifayət qədər bahalaşıb. Ümumilikdə, KİV-lərin satışı çox zəifdir, reklamlardan gələn gəlirləri də kifayət qədər aşağıdır. 2016-cı ildən ölkəyə gətirilən qəzet kağızına ƏDV-nin tətbiqinə başlanılıb. Bütün bunlar vəziyyətə neqativ təsir göstərir. Hazırda intenet media ictimai fikrin formalaşmasında əsas vasitəyə çevrilib”./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar