Əflatun Amaşov: `Onlayn mediaya sistemli şəkildə dövlət vəsaiti ayrılmalıdır`
22.11.2017 715 0.0 0

"Azərbaycanda mətbuata ayrılan vəsait qonşu ölkələrlə müqayisədə olduqca aşağıdır. İnformasiya siyasəti sahəsinə büdcədən ayrılan vəsait artırılmalıdır".

Məlumata görə, “Report”un xəbərinə görə, bunu Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib. 

O bildirib ki, onlayn mediaya sistemli şəkildə dövlət vəsaiti ayrılmalıdır: "Xaricdən olan informasiya təzyiqləri ilə, əsasən, onlayn media mübarizə aparır. Bu sahəyə sistemli dövlət vəsaiti ayrılmalıdır. Ən azından il ərzində 1 milyon manat ayıra bilsək, tezliklə bunun nəticələrini görərik"./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar