«Fitch» Azərbaycanın reytinqini endirib
27.02.2016 572 0.0 0

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli kredit reytinqini "BBB-" səviyyəsindən "BB+" səviyyəsinə endirib.
 
Məlumata görə, bu barədə agentliyin açıqladığı hesabatda bildirilir.
 
Reytinqin dəyişilməsi ilə bağlı proqnoz "mənfi"dir. Hesabatda bildirilir ki, buna səbəb neftin ucuzlaşmasıdır.
 
Xatırladaq ki, yanvarın sonunda "Standard & Poor`s" ("S&P") beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli kredit reytinqini "BBB-" səviyyəsindən "BB+" səviyyəsinə endirib./apa/


Digər xəbərlər:
Şərhlər
avatar