Filippində İŞİD-i dəstəkləyən silahlılarla döyüşlər davam edir: 42 ölü
29.05.2017 789 0.0 0

Filippinin Maravi şəhərində hökumət qüvvələri ilə İŞİD terror qruplaşmasını dəstəkləyən silahlılar arasında döyüşlər zamanı ən azı 42 nəfər ölüb.

Məlumata görə, silahlı qarşıdurmalar zamanı bazar günü 19 dinc sakin, 11 hərbçi və 4 polis əməkdaşı həlak olub. Bundan başqa, yarğanda 8 nəfərin meyiti aşkarlanıb.

61 silahlının zərərsizləşdirildiyi bildirilir.

Maravi əhalisinin əksəriyyəti şəhəri tərk edib./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar