FHN əhaliyə müraciət etdi
03.04.2022 397 0.0 0

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, aprelin 4-də gün ərzində ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında güclü külək əsəcəyi, bəzi yerlərdə xüsusilə şiddətlənəcəyi proqnozlaşdırılır.

Qazeta.info xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək, gözlənilən güclü küləkli hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

Belə ki, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

FHN-in məlumatında daha sonra bildirilir ki, "Güclü küləyin baş verə biləcək yanğınların söndürülməsi prosesini mürəkkəbləşdirdiyini nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!"


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar