FETÖ-nün rəhbərliyində təmsil olunan 3 nəfər Qabonda tutularaq Türkiyəyə gətiriliblər
10.04.2018 396 0.0 0

Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) Afrika ölkəsi olan Qabonda keçirdiyi əməliyyat nəticəsində Fətullahçı Terror Təşkilatının (FETÖ) rəhbərliyində təmsil olunan 3 nəfər tutularaq Ankaraya gətirilib.

“Haber7”yə istinadən xəbər verilir ki, əməliyyat nəticəsində həbs olunan Osman Özpınar, İbrahim Akbaş və Adnan Demirönal Qabonun paytaxtı Librevil şəhərindən özəl təyyarə ilə Türkiyəyə gətiriliblər və hüquq-mühafizə orqanlarına təhvil veriliblər.

Onların üzərində FETÖ-yə aid sənədlər, 20 min 800 dollar, 12 milyon Mərkəzi Afrika Respublikasına aid frank (təxminən 23 min dollar), müxtəlif xəbərləşəmə cihazları aşkar edilib.

O.Özpınar Librevildə Beynəlxalq Türk-Qabon məktəbinin müdiri olub. O, 2017-ci ildən etibarən Keniyada fəaliyyət göstərən “Işık akademiklər” (“Light academy”) adlı məktəbdə təhsil üzrə əlaqələndirici və baş direktor işləyib. Qabonda tutulan digər iki FETÖ-çülər də təhsil sahəsində fəaliyyət göstəriblər./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar