FETÖ-nün ABŞ-dakı məktəbləri hədəfdə
19.10.2016 563 0.0 0

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində Fətullahçı Terror Təşkilatına (FETÖ) bağlı 3 məktəbin bağlanması barədə qərar qəbul edilib.

"Anadolu" agentliyinə istinadən xəbər verilir ki, Los-Ancelesin Təhsil Şurası razılaşdırılmış məktəblərlə bağlı anlaşmanın müddətinin uzadılmasını FETÖ-ya aid 3 məktəbə şamil etməyib.

Şuranın 7 üzvündən 6-sı qərarın lehinə səs verib. Apellyasiya şikayəti vermə hüququ olan məktəblər 2017-ci ilin iyul ayınadək maliyyə şərtlərini ödəməsələr, o zaman həmin məktəblər bağlanacaq.

İnformasiyaya görə, Kaliforniyada hakimiyyət orqanları ilə razılaşdırılmış formada 10 məktəb fəaliyyət göstərir. /report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar