FETÖ işi ilə əlaqədar həbs olunmuş AXCP üzvünün məhkəmə baxışı təyin edilib
25.04.2017 442 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.
 
Məlumata görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə Fuad Əhmədlinin vəkili Əsabəli Mustafayev cinayət işinə xitam verilməsi, həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət verib.
 
Məhkəmə vəsatətləri təmin etməyib.
 
Prosesin baxış iclası mayın 2-nə təyin edilib.
 
Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb.
 
Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq bildiriblər ki, Fuad Əhmədli “Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb. Həmçinin bildirilib ki, Fuad Əhmədlinin mənzilində axtarış zamanı türkiyəli din xadimi Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb.
 
Fuad Əhmədli Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar