FED-in qərarından sonra 4 ölkə uçot dərəcəsini artırıb
15.06.2017 714 0.0 0

Ötən gün ABŞ Federal Ehtiyat Sistemi (Federal Reserve System, FED) dərəcəsini 0,25% artırdığını bəyan etdikdən sonra dörd ölkənin mərkəzi bankı analoji qərar qəbul edib.

 

Məlumata görə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Honq-Konqun tənzimləyiciləri müvafiq olaraq uçot dərəcəsini 0,25% artırıb. Qərarlar FED-in bəyanatından dərhal sonra verilib.

 

Maraqlıdır ki, gözlənilmədən Küveyt Mərkəzi Bankı uçot dərəcəsini dəyişməz olaraq 2,75% səviyyəsində saxlayıb.

 

Xatırladaq ki, dünən iki gün davam edən iclasın ardından FED uçot dərəcəsini 1-1,25% səviyyəsinədək qaldırıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar